Gürcüstanın sabiq Baş naziri sabah azadlığa buraxılacaq

Gürcüstanın sabiq Baş naziri sabah azadlığa buraxılacaq
# 19 fevral 2020 16:36 (UTC +04:00)

Sabah Gürcüstanın sabiq Baş naziri Vano Merabişvili azadlığa buraxılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, 7 illik həbs müddəti başa çatdığı üçün sabiq Baş nazir saxlanıldığı Matrosov həbsxanasından sabah azadlığa buraxılacaq.

Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə həbs edilib. O, 2011-ci ildə Sandro Qirqvlianinin qətlinə dair dəlilləri gizlətməkdə, Valeri Gelaşviliyə qarşı fiziki hücumda, Kvariati villasının qarəti və bir sıra digər cinayət halları ilə əlaqəli olmaqda ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR