Gürcüstanın xarici borcu artıb

Gürcüstanın xarici borcu artıb
# 27 mart 2020 16:38 (UTC +04:00)

2019-cu ildə Gürcüstanın ümumi xarici borcu 18.6 milyard ABŞ dollarına çatıb ki, bu da həmin il üçün ümumdaxili məhsulun (ÜDM) 105.1%-nə bərabər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstanın xarici borcu 729 milyon dollar artıb.

Xarici borcun 7.9 milyard dolları hökumətin payına düşüb ki, bu, ÜDM-nin 44%-ni təşkil edib. Bank sektorunun xarici borcu isə 4.5 milyard dollar təşkil edib.

Gürcüstan Milli Bankının məlumatına görə, ölkənin bütün borcların 89.6%-i xarici valyuta ilədir.

Qeyd edək ki, Gürcüstanın Azərbaycana dövlət borcu hazırda 6 291 000 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR