Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu ötən il 5,3 mlrd. dollara yaxın olub

Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu ötən il 5,3 mlrd. dollara yaxın olub
# 14 yanvar 2020 11:22 (UTC +04:00)

2019-cu ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 12 834,7 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,7% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ixracın həcmi 12,4% artaraq 3 771,5 mln. dollara çatıb, idxal isə 0,8% azalaraq 9 063,2 mln. dollar təşkil edib.

2019-cu ildə Gürcüstanın ticarət dövriyyəsində 5 291,8 mln. dollarlıq mənfi saldo yaranıb ki, bunun da xarici ticarətdə payı 41,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR