İspaniyada “AstraZeneca” peyvəndinin 55 yaşdan yuxarı insanlara vurulması qadağan edilib

İspaniyada “AstraZeneca” peyvəndinin 55 yaşdan yuxarı insanlara vurulması qadağan edilib
# 06 fevral 2021 02:12 (UTC +04:00)

İspaniya Səhiyyə Nazirliyi Oxford Universiteti və “AstraZeneca” tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verilib.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat dərc edib.

Bildirilib ki, səlahiyyətli orqanların qərarına əsasən, “AstraZeneca” peyvəndi ilk olaraq tibbi-sosial işçilərə vurulacaq.

Qeyd edək ki, peyvəndlərin ilk dozalarının həftəsonu İspaniyaya gəlməsi gözlənilir.

İspaniyada peyvənd kampaniyası keçən il dekabrın 27-dən başlayıb.

İndiyə qədər ölkədə “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndlərdən istifadə olunurdu.

Xatırladaq ki, İspaniyada hazırda 2.94 milyondan çox təsdiqlənmiş virusa yoluxma hadisəsi qeydə alınıb. 61,3 min insan pandemiyanın qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR