İstanbulda təyyarə qəzasında xəsarət alan sərnişinlərdən 92-si evə buraxılıb

İstanbulda təyyarə qəzasında xəsarət alan sərnişinlərdən 92-si evə buraxılıb
# 06 fevral 2020 23:33 (UTC +04:00)

İstanbulda Sabiha Gökçen hava limanında "Boeing 737-800" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 180 sərnişindən 92-si evə buraxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İstanbul valisi Əli Yerlikaya öz "Twitter" səhifəsində paylaşım edib.

Vali bildirib ki, xəstələrin 88-nin müalicəsi davam edir, 14-nün vəziyyəti ağır olduğu üçün reanimasiya şəraitində müalicə olunur.

Qeyd edək ki, fevralın 5-də Türkiyədə "Boeing 737-800" tipli sərnişin təyyarəsi uçuş zolağından çıxıb. Qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR