İtaliyada indiyədək koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

İtaliyada indiyədək koronavirusa yoluxanların yarıdan çoxu sağalıb
  • Clock-gray 20:24
  • calendar-gray 16 May 2020

İtaliyada son sutka ərzində daha 875 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 224 mini keçib.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 224 760 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 153 nəfər artaraq ümumilikdə 31 763 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 122 810 xəstə sağalıb.

apa-logo-mini

Digər xəbərlər