İtaliyada koronavirusdan ölənlərin sayı 3-ə çatıb

İtaliyada koronavirusdan ölənlərin sayı 3-ə çatıb
# 23 fevral 2020 23:02 (UTC +04:00)

İtaliyanın Kremona əyalətində koronavirusa yoluxan daha bir nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu bazar günü Lombardiya bölgəsinin səhiyyə mütəxəssisi Culio Qaller deyib.

Bu, İtaliyada koronavirusdan qeydə alınan üçüncü ölüm hadisəsidir.

Qaller bildirib ki, Lombardiyada koronavirusa yoluxanların ümumi sayı 112-yə çatıb.

Beləliklə, İtaliyada ümumilikdə koronavirusa yoluxanların sayı 150-ni keçib.

“880 test nümunəsindən 112-nin cavabı müsbət olub. Xəstəxanaya yerləşdirilən 53 nəfərdən 17-si reanimasiya şöbəsindədir”, - Qaller vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR