İtaliyada son sutkada 476 nəfər koronavirusdan ölüb

İtaliyada son sutkada 476 nəfər koronavirusdan ölüb
# 14 aprel 2021 03:28 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 18 160 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 476 nəfər bu virusdan ölüb ki, bu da ilin əvvəlindən bəri ölkədə ən yüksək sutkalıq göstəricidir. Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 115 088 nəfərə çatıb. Ölkədə hazırda 519 220 aktiv koronavirus xəstəsi var, onlardan 3256- ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 793 033 nəfərdən 3 158 725 (son sutkada 18 160 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR