Koronavirusla əlaqədar G7 ölkələri liderlərinin fövqəladə iclası keçiriləcək

Koronavirusla əlaqədar G7 ölkələri liderlərinin fövqəladə iclası keçiriləcək
# 13 mart 2020 20:05 (UTC +04:00)

"COVID-19"la əlaqədar G7 ölkələri liderlərinin fövqəladə iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Twitter" hesabında bildirib.

"ABŞ Prezidenti Donald Tramp və bütün G7 liderləri ilə telefon danışığından sonra martın 16-da "COVID-19"la əlaqədar videokonfrans vasitəsilə liderlərin fövqəladə Zirvəsinin təşkil olunması barədə razılığa gəldik. Peyvənd və müalicə ilə bağlı araşdırma səylərini əlaqələndirəcək, iqtisadi və maliyyə tədbirləri üzərində çalışacağıq", deyə Fransa prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR