London polisinin əməkdaşı terrorçuluqda ittiham olunur

London polisinin əməkdaşı terrorçuluqda ittiham olunur
# 10 iyul 2020 08:37 (UTC +04:00)

London polisinin əməkdaşı Benjamin Hannam terrorçuluqda ittiham olunur.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin rəsmi açıqlamasında bildirilib.

“Terror əleyhinə komandanlıq tərəfindən aparılan araşdırmadan sonra London polisində sınaq müddəti keçən zabitə qarşı bu gün beş cinayət üzrə ittiham elan olunub”, - məlumatda belə deyilir.

Bildirilir ki, Benjamin Hannam 2016-cı ildən 2018-ci ilə qədər törədilən cinayətlərdə, o cümlədən qadağan olunmuş ultrasağçı “National Action” təşkilatının fəaliyyətində iştirakda və ədəbsiz uşaq şəkillərinin saxlanılmasında ittiham olunur. London polisindən verilən məlumata görə, o, polis xidmətinə qoşulan zaman özünün bu əməllərinin olmaması barədə qəsdən yalan məlumat verib.

Qeyd edək ki, Hannam girov müqabilində sərbəst buraxılıb və avqustun 6-da Londonun Vestminster rayonunun magistrat məhkəməsi qarşısına çıxarılcaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR