Marneuli və Bolnisidə daha 20 minə yaxın şəxs sürətli koronavirus testindən keçirilib

Marneuli və Bolnisidə daha 20 minə yaxın şəxs sürətli koronavirus testindən keçirilib
  • Clock-gray 12:03
  • calendar-gray 26 Mart 2020

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, sürətli testlərə əsasən, bu vaxta qədər heç kimdə koronavirus aşkarlanmayıb, bu səbəbdən də həmin rayonlarda durumun daha da pisləşəcəyinə dair gözlənti yoxdur.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date