Merkel Almaniyanın “Sputnik V” peyvəndi almasını istisna etməyib

Merkel Almaniyanın “Sputnik V” peyvəndi almasını istisna etməyib
# 20 mart 2021 03:12 (UTC +04:00)

“Avropa Birliyi İngiltərə və İsveçin birgə istehsalı olan “AstraZeneca” peyvəndi ilə bağlı ortaq bir qərara gəlinmədiyi təqdirdə, Almaniya “Sputnik V”in alınmasını istisna etmir”.

APA xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel əyalət rəhbərləri ilə koronavirusa qarşı peyvəndlə əlaqədar keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Merkel bildirib ki, Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş hər hansı bir peyvənddən istifadə etmək fikrindədir.

O, Avropa istehsalı olan peyvəndə üstünlük verdiyini gizlətməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR