Merkel də AB sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir

Merkel də AB sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir
# 20 dekabr 2020 19:01 (UTC +04:00)

Alman hökuməti Avropa Birliyindən Böyük Britaniyaya uçuş qadağasınını tətbiq etməsini istəyir.

APA bildirir ki, bu barədə “Bild” qəzeti məlumat verib.

Rəsmi Berlin istəyir ki, qadağalar 21 dekabrdan 6 yanvaradək tətbiq olunsun.

Məqalədə deyilir ki, hələ AB-yə dəniz yolu və La-Manş kanalı ilə girişə icazə verilib-verilməyəcəyi sualı açıq qalır. Beləliklə, Almaniya Böyük Britaniyada koronavirus mutasiyasının meydana gəlməsinə öz reaksiyasını göstərib.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, gün ərzində bu barədə Fransa prezidenti Emmanuel Makron ilə telefon danışıqları aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR