NATO-nun İdliblə bağlı fövqəladə iclası keçiriləcək

NATO-nun İdliblə bağlı fövqəladə iclası keçiriləcək
# 28 fevral 2020 10:54 (UTC +04:00)

NATO-nun Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat verilib.

Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, Türkiyənin Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirilməsi tələbinin ardından NATO-ya üzv 29 ölkənin səfirlərini özündə birləşdirən Şimali Atlantika Şurası bir araya gələcək.

Qeyd edək ki, Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, hər hansı bir NATO müttəfiqinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa həmin ölkə məsləhətləşmə tələb edə bilər.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR