Norveçdə torpaq sürüşməsi baş verib, 12 nəfər itkin düşüb

Norveçdə torpaq sürüşməsi baş verib, 12 nəfər itkin düşüb
  • Clock-gray 07:07
  • calendar-gray 31 Dekabr 2020

Norveçin Rumerike vilayətində torpaq sürüşməsi nəticəsində bir kəndin təxminən 1,5 min sakini təxliyə edilib, təxminən 15 ev dağıntılar altında qalıb, rəsmi qurumlar hazırda 12 nəfərin itkin düşdüyünü bildirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli NRK teleradio şirkəti məlumat yayıb.

Gil qatından ibarət güclü torpaq sürüşməsi çərşənbə gününə keçən gecə Oslodan şimal-şərqdəki Rumerike vilayətində baş verib. Bir neçə ev torpaq qatı altında qalıb.

“Bir neçə nəfər yaralanıb, Gerdrum bələdiyyəsinin mərkəzi Askda nəhəng torpaq sürüşməsindən sonra 12 nəfərin taleyi məlum deyil. Bölgədə təxminən 1,5 min insan evakuasiya edilib, polis sağ qalanları axtarır”, - məlumatda belə deyilir.

Çərşənbə günü günortadan sonra Norveçin Baş naziri Erna Sulberq təbii fəlakət bölgəsinə gəlib, o, hadisə nəticəsində zərər çəkən və evsiz qalan hər kəsə yardım göstəriləcəyini bildirib.

Sürüşmə zonasında təhlükə hələ də qaldığından, sağ qalanların axtarışı helikopterlərlə həyata keçirilir. Axtarış işlərində iştirak etmək üçün İsveçdən olan təcrübəli xilasedicilər də gəlib.

apa-logo-mini

Digər xəbərlər