Parisdə etiraz aksiyalarında xəsarət alanlar arasında 20 nümayişçi də var - YENİLƏNİB

Parisdə etiraz aksiyalarında xəsarət alanlar arasında 20 nümayişçi də var - YENİLƏNİB
# 10 yanvar 2020 02:47 (UTC +04:00)

Parisdə təqaüd islahatlarına qarşı keçirilən etiraz askiyalarında 20 nümayişçi xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “BFMTV” telekanalı polis prefekturasına istinadən məlumat yayıb.

Daha əvvəl telekanal polislə radikal etirazçılar arasında baş verən qarşıdurma zamanı 16 asayiş keşikçisinin xəsarət aldığını bildirmişdi.

Bildirilir ki, Parisin səkkizinci dairəsindəki Müqəddəs Avqustin meydanı yaxınlığında baş verən “şiddətli toqquşmalar” nəticəsində daha 20 etirazçı yaralanıb. Mitinqin sonu gərgin olub: etirazçılar əllərinə keçən əşyaları asayiş keşikçilərinə atmağa başlayıblar, buna cavab olaraq isə polis gözyaşardıcı qazdan istifadə edib.

Polisin yaydığı son məlumatlara görə, Parisdə hazırda 27 nəfər nəzarət altına alınıb.

***

Saat 23:18

Fransa paytaxtında təqaüd islahatlarına qarşı keçirilən nümayişdə baş vermiş toqquşmalar zamanı 16 polis əməkdaşı xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Parisdə yeni ildən bəri ilk islahat əleyhdarlarının çıxışı baş tutub.

Yerli “BFMTV” telekanalı qeyd edir ki, polislə radikal nümayiş iştirakçıları arasında toqquşmalar Müqəddəs Avqustin meydanının ərazisində baş verib. Polis əməkdaşları nümayişçilərin dağıdılması zamanı xəsarət alıb.

Parisin polis prefekturası “Twitter” səhifəsində meydan ərazisində “qanun pozucuları qrupları”nın olduğunu yazıb və təhlükəsizlik qüvvələrinin vəziyyəti həll edə bilməsi üçün digər nümayişçiləri bu qruplardan uzaq durmağa çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu da bildiriblər ki, qarşıdurmalar zamanı 24 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR