“Peugeot” loqosunu yeniləyib

“Peugeot” loqosunu yeniləyib
  • Clock-gray 07:20
  • calendar-gray 26 Fevral 2021

Fransız avtomobil markası olan “Peugeot” arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.

APA TASS-a istinadən xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və “Peugeot” yazısı ilə üçbucaqlı qalxan əks ediləcək. 

2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil “308 hatchback” yeni simvollara sahib ilk model olacaq.

Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi. 

 

apa-logo-mini

Digər xəbərlər