Polşada THY-ə məxsus təyyarədən 100-dən çox sərnişin təxliyə edilib

Polşada THY-ə məxsus təyyarədən 100-dən çox sərnişin təxliyə edilib
# 05 aprel 2021 02:16 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərindən Polşayanın paytaxtı Varşavaya uçan “Turkish Airlines” aviaşirkətinə (THY) məxsus təyyarədən göyərtəsinə bomba qoyulması ehtimalı ilə 100-dən çox sərnişin təxliyə edilib.

APA TASS-a istinadən xəbər verir ki, göyərtədə axtarış aparılsa da, şübhəli əşyalar tapılmayıb.

Qeyd edilib ki, bobma xəbərdarlığı anonim bir zarafat kimi də ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR