Roma Papası İraqa səfər edəcək

Roma Papası İraqa səfər edəcək
# 03 mart 2021 15:43 (UTC +04:00)

Roma Papası Fransisk martın 5-də İraqa səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Papa özü açıqlama verib.

“Allah qoysa, cümə günü İraqa üç günlük ziyarət səfərinə yollanacam. Uzun müddətdir ki, bu qədər əziyyət çəkən insanlarla görüşmək istəyirəm. İbrahimin torpağında digər dini liderlərlə birgə inanclı insanlar arasında qardaşlıq yolunda növbəti addım atacağıq”, - deyə Papa Fransisk bildirib.

O qeyd edib ki, Roma Papası İohann Pavel II İraqı ziyarət etmək niyyətində olub, lakin səfər baş tutmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR