Şimali Makedoniyada parlament buraxılıb

Şimali Makedoniyada parlament buraxılıb
  • Clock-gray 08:50
  • calendar-gray 17 Fevral 2020

Şimali Makedoniya İclasının (birpalatalı parlament) tərkibi ölkədə aprelin 12-nə təyin edilmiş növbədənkənar seçkilər ərəfəsində buraxılıb.

APA xəbər verir ki, bu barədə yerli Sitel telekanalı məlumat verib.

Məlumata görə, 120 deputatdan 108-i ölkənin qanunverici orqanının ləğvi barədə qərarın lehinə səs verib.

Hazırda respublikada bu ilin yanvar ayının əvvəlində yaradılan texniki bir hökumət var. Nazirlər Kabineti erkən parlament seçkilərinin nəticələrindən sonra yeni Kabinetin tərkibinin formalaşmasına qədər 100 gün müddətində hakimiyyətdə olacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date