Türkiyə Ordusunun hərbçisi terrorçularla atışmada şəhid olub

Türkiyə Ordusunun hərbçisi terrorçularla atışmada şəhid olub
# 10 yanvar 2021 03:04 (UTC +04:00)

Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayon ərazisində terrorçularla hərbçilər arasında atışma baş verib.

APA xəbər verir ki, nəticədə üç hərbçi yaralanıb.

Xəstəxanaya çatdırılan yaralı hərbçilərdən biri şəhid olub. Digər iki yaralının müalicəsi davam edir.

Daxili İşlər Nazirliyi antiterror əməliyyatını gücləndirmək üçün bölgəyə əlavə qüvvə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR