Türkiyədə 4 gün küçəyə çıxmaq qadağası tətbiq ediləcək

Türkiyədə 4 gün küçəyə çıxmaq qadağası tətbiq ediləcək
  • Clock-gray 20:41
  • calendar-gray 20 Aprel 2020

“23-26 aprel tarixlərində Türkiyədə gündəlik həyatımıza mane olmayacaq dərəcədə 30 böyük şəhərdə və tənəffüs xəstəliklərinin geniş yayıldığı Zonquldaqda küçəyə çıxma qadağası planlaşdırdıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə 4-cü videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra belə bildirib.

R.T.Ərdoğan deyib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyədə 23 aprel Milli suverenlik uşaq bayramı da daxil 4 gün küçəyə çıxılmayacaq, komendant saatı 22 aprel gecə saat 00:00-dan başlanıb, 26 aprel gecə saat 00:00-dək davam edəcək.

Prezident deyib ki, özəlliklə sağlıq baxımından Türkiyədə N-95, N-99 maskaları təcrübədən keçirilib və ölkədə nanotexnologiyalar vasitəsilə yenidən istehsalına start verilib.

Prezident, həmçinin bildirib ki, yerli türk firmaları yeni növ koronavirusa yoluxanların müalicəsində istifadə olunan dərmanların istehsalına başlayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər