Türkiyədə daha 8424 nəfər COVID-19-a yoluxub, 66 nəfər ölüb

Türkiyədə daha 8424 nəfər COVID-19-a yoluxub, 66 nəfər ölüb
# 28 fevral 2021 20:17 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 66 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, son 24 saatda daha 8424 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6511, ağır xəstələr isə 1191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 701 588 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 572 234 nəfər sağalıb, 28 569 nəfər isə ölüb.

Türkiyədə don sutkada 109 639, hazırkı dövrədək isə 33 175 016 koronavirus testi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR