Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb
# 15 iyun 2020 21:55 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, son 24 saatda 42 032 şübhəli koronavirus testindən keçib, onlardan 1592-nin cavabı pozitiv çıxıb. Bu gün daha 947 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4825 nəfər ölüb, 179 831 nəfər bu infeksiyaya yoluxub, 152 364 nəfəri isə müalicə olunub. Nazir infeksiyaya yoluxanların sağalan xəstə sayını keçməsindən narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR