Türkiyənin Malatya vilayətində 5 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 5 bal gücündə zəlzələ olub
  • Clock-gray 23:07
  • calendar-gray 05 İyun 2020

Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda 5 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 21:06-da yerin 7 kilometr dərinliyində baş verib. Təkanlar ətraf vilayətlərdə də hiss olunub. 

Malatya valisi bildirib ki, ərazidə dağıntı və itkilərlə bağlı zəlzələ olan ərazidə araşdırmalar davam edir, ancaq zərərlər barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu ilin 24 yanvarında Sivricədə 6.8 maqnitudalı zəlzələ olub, dağıntılar nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölmüşdü.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər