Türkiyənin Təhsil naziri: “Məktəblərin iyunun 1-də açılması Elm Qurumunun verdiyi qərardan asılıdır”

Türkiyənin Təhsil naziri: “Məktəblərin iyunun 1-də açılması Elm Qurumunun verdiyi qərardan asılıdır”
# 05 may 2020 00:07 (UTC +04:00)

“İyunun 20-də litseylərə qəbul imtahanı hər şagirdin təhsil aldığı məktəbdə keçiriləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Təhsil naziri Ziya Səlcuk bu fikirləri NTV-yə müsahibəsində deyib.

Nazir bu imtahanların başqa müəllimlərin nəzarətilə keçiriləcəyini qeyd edib: “İmtahanlar fasilə ilə keçiriləcək. Şagirdlər tənəffüsdə məktəb bağçasına çıxacaq və siniflər havalandırılacaq. Lakin imtahanın gedişatı ilə bağlı kənarda gözləyən valideynlərin əvvəlki kimi məktəb bağçasında keçmələrinə icazə verilməyəcək. Onu da deyim ki, imtahan sualları şagirdlərin əyani, ənənəvi təhsillə öyrəndikləri mövzulardan salınacaq”.

Ziya Səlcuk deyib ki, imtahan prosesində şagirdlər sosial məsafə şərtləri ilə oturdulacaq və onlara maska, dezinfeksiyaedici vasitələr paylanacaq: "Təhsil mütəxəssislərinin rəyinə görə, məktəblərin açılması iyunun 1-də gözlənilsə də, bu, COVID-19-la əlaqədar yaradılan Elm Qurumunun verdiyi rəydən asılı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR