Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
# 17 fevral 2021 15:56 (UTC +04:00)

Ukrayna MDB çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında ölkənin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı MDB sazişindən çıxması barədə qərar qəbul edilib.

Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, Ukrayna poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərin koordinasiyası haqqında Bişkek şəhərində 1992-ci il 9 oktyabr tarixində bağlanan sazişdən çıxıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR