Vladimir Zelenski Mayk Pompeo ilə görüşüb

Vladimir Zelenski Mayk Pompeo ilə görüşüb
# 31 yanvar 2020 15:00 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına, şəxsən sizə və Amerika xalqına Ukraynaya - suverenliyimizə və ərazi bütövlüyümüzə davamlı dəstəyinizə görə təşəkkür edirəm. Bu, bizim üçün çox vacibdir", - deyə Zelenski Pompeo ilə görüşdə bildirib.

Zelenski İranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı araşdırmalara kömək etdiyi üçün ABŞ-a təşəkkürünü ifadə edib.

Ukrayna Prezidenti bildirib ki, onun ölkəsi ABŞ ilə müxtəlif istiqamətlərdə fəal əməkdaşlıqda maraqlıdır.

Tərəflər həmçinin Donbasdakı vəziyyət, Ukraynadakı islahatların gedişatını və iki ölkə arasında ticarət əlaqələrini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR