Vyanada İranın nüvə proqramı üzrə müştərək komissiyanın iclası keçirilir

Vyanada İranın nüvə proqramı üzrə müştərək komissiyanın iclası keçirilir
# 06 aprel 2021 17:28 (UTC +04:00)

İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə müştərək komissiyanın iclası keçirilir.

APA-nın xəbərinə görə, Vyanada “Grand Hotel”də keçirilən görüşdə iştirak edən İran nümayəndə heyətinə İranın XİN başçısının müavini Abbas Araqçı rəhbərlik edir.

Görüşdə Rusiya, Fransa, Almaniya, Çin və Böyük Britaniya nümayəndə heyətləri iştirak etsə də, ABŞ nümayəndə heyəti qatılmayıb.

Aİ diplomatı bildirib ki, ABŞ nümayəndələri VyanAda olsa da, lakin bu görüşdə iştirak etmir. Lakin koordinatorlar vasitəsilə dolayı yolla İran və ABŞ nümayəndələri arasında fikir mübadiləsi mümkündür.

Xatırladaq ki, ötən həftə müştərək komissiyanın onlayn formatda sessiyası baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR