“WizzAir” Gürcüstana uçuşları gələn yaya qədər təxirə salır

“WizzAir” Gürcüstana uçuşları gələn yaya qədər təxirə salır
# 01 iyul 2020 16:41 (UTC +04:00)

Macarıstanın lou-kost aviaşirkəti “WizzAir” Gürcüstanın Kutaisi hava limanından uçuşları gələn yaya qədər təxirə salacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi Andras Rado bildirilib.

Onun sözlərinə görə, şirkət Kutaisi hava limanındakı bazasını bağlamağı planlaşdırmır.

"Lakin uçuşların COVİD-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar olaraq gələn yaya qədər təxirə salınması planlaşdırılır", - deyə A. Rado vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR