Yunanıstanın xarici İşlər naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın xarici İşlər naziri Türkiyəyə səfər edəcək
  • Clock-gray 15:10
  • calendar-gray 17 Mart 2021

Yunanıstanın xarici İşlər naziri Nikos Dendias Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada qazaxıstanlı həmkarı Muxtar Tiluaberdi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Mövlud Çavuşoğlu bildirib ki, Yunanıstan XİN başçısının səfəri aprelin 14-də baş tutacaq.

Türkiyə XİN başçısı əlavə edib ki, o özü də uyğun zamanda Yunanıstana səfər edəcək.

"Qarşılıqlı səfərlərimizi davam etdirəcəyik. Liderlər səviyyəsində görüşlərin baş tutmasının səmərəli olacağına inanırıq. Yunanıstanlı həmkarımın səfəri zamanı Yunanıstan Baş nazir və Türkiyə prezidentinin görüşünün təşkili barədə də müzakirələr aparacağıq", - deyə M. Çavuşoğlu bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər