Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, qərara əsasən, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahına daxil edilib.