Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib

Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
# 22 aprel 2021 18:36 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukrayna ilə sərhədindən hərbi birləşmələrini geri çəkməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Ukrayna Prezidenti "Twitter" hesabında paylaşımında bildirib ki, sərhəddəki hərbi birləşmələrin azalması mütənasib olaraq gərginliyi də azaldır: “Ukrayna hər zaman ayıq-sayıqdır, lakin eyni zamanda hərbi mövcudluğu azaldan və Donbassdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Beynəlxalq tərəfdaşlara verdikləri dəstək üçün minnətadaram".

Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənub və Qərb Hərbi Dairələrinin yoxlama tədbirlərini bitirməsi barədə qərar qəbul edib.

Rusiyalı nazir hərbi dairələrin və Hava-Desant Qüvvələrinin komandanlarına aprelin 23-dən etibarən qoşunların daimi dislokasiya yerinə qaytarılması əmrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR