Almaniyada qatarda yanğın olub, xəsarət alanlar var

Almaniyada qatarda yanğın olub, xəsarət alanlar var
# 20 oktyabr 2019 05:45 (UTC +04:00)

Almaniya paytaxtında sürət qatarında yanğın baş verib. Nəticədə xəsarət alanlar olub.

APA xəbər verir ki, bu barədə Berlinin yanğından mühafizə xidməti özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

Bildirilir ki, hadisə şəhərin mərkəzindəki “Belvyu” stansiyasında qeydə alınıb. Yanğının səbəbi hələlik məlum deyil. Əraziyə xilasedicilər, polis cəlb olunub.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR