Angela Merkelin səhhətinə görə vəzifəsindən kənarlaşdırılması ehtimalı istisna edilib

Angela Merkelin səhhətinə görə vəzifəsindən kənarlaşdırılması ehtimalı istisna edilib
# 18 iyul 2019 06:29 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel səhhətində yaranmış problemlər səbəbindən öz postunu tərk etməyəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya federal kanslerinin şöbə rəhbəri Helqe Braun səsləndirib.

O bildirib ki, Merkel hazırda özünü çox yaxşı hiss edir və onun səhhəti üçün təhlükəli heç bir risk yoxdur. Buna görə də kansler öz səlahiyyətləri müddəti bitənədək, yəni 2021-ci ilə qədər vəzifəsinin başında olacaq.

“Biz bu müddəti başa vurmalıyıq”, - Braun belə deyib.

Qeyd edək ki, bundan əvvəl həkimlər A.Merkelin bədənində yaranmış titrəyişi alkoqolizmlə əlaqələndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR