Avstraliyada meşə yanğınları zamanı 2 nəfər ölüb, 7 nəfər itkin düşüb

Avstraliyada meşə yanğınları zamanı 2 nəfər ölüb, 7 nəfər itkin düşüb
  • Clock-gray 10:21
  • calendar-gray 09 Noyabr 2019

Avstaliyanın cənubunda baş verən meşə yanğınları zamanı 2 nəfər ölüb, 7 nəfərin isə taleyi məlum deyil.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, son günlər Cənubi Uelsdə və Avstraliyanın cənub-şərqindəki Kvinslenddə 135-dək meşə yanğını baş verib.

Cənubi Uels Yanğınsöndürmə Xidmətinin verdiyi məlumata görə, əyalətdə 85 yanğın davam edir, bunlardan 15-i üçün fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Həmçinin 49 yanğın hələ lokallaşdırılmayıb. İtkin düşənlərin sayının artacağı gözlənilir.

Yanğın 1000 ha-dan çox sahəni əhatə edir. Yanğın nəticəsində 350-dən artıq koala da məhv olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date