Azərbaycanlı və gürcü ekspertlər iyunun sonunda Keşikçidağ məbəd kompleksinə gedəcəklər

Azərbaycanlı və gürcü ekspertlər iyunun sonunda Keşikçidağ məbəd kompleksinə gedəcəklər
# 18 iyun 2019 15:45 (UTC +04:00)

İyunun sonunda Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın ekspertləri Keşikçidağ məbəd kompleksinə gedəcəklər.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Vladimir Konstantin belə deyib.

"Bu proses, birgə komissiyaların fəaliyyəti davam edir. Biz güman edirik ki, komissiyanın ekspertləri iyunun sonunda əraziyə gedəcəklər. Biz detalları öyrənən kimi ictimaiyyətə açıqlayacağıq", - deyə V.Konstantin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR