BMT Donbasda müharibədə ölən mülki şəxslərin sayını açıqlayıb

BMT Donbasda müharibədə ölən mülki şəxslərin sayını açıqlayıb
# 03 noyabr 2019 16:18 (UTC +04:00)

Ukraynanın Donetsk və Luqansk vilayətlərində 2014-cü ildən başlayan silahlı münaqişə nəticəsində 3 min 330 mülki şəxs həyatını itirib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Donbasda müharibədə 9 min mülki şəxs isə yaralanıb. Bununla bərabər, 1,3 milyon insan məcburi köçkün durumuna düşüb, 3,5 milyon insanın yardıma ehtiyacı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR