“Brexit”lə bağlı böyük reklam kampaniyası aparılacaq

“Brexit”lə bağlı böyük reklam kampaniyası aparılacaq
# 29 iyul 2019 14:23 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəni sazişsiz “Brexit”ə hazırlamaq üçün ictimai reklam kampaniyasının aparılması ilə bağlı qərar verib.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, İkinci Dünya müharibəsi zamanı aparılan ictimai informasiya kampaniyasından sonra həyata keçiriləcək ən böyük reklam kampaniyasıdır.

Reklam kampaniyasının üç aylıq büdcəsi 100 milyon funt sterlinq dəyərindədir.

Kampaniya üçün radio və televiziya ilə yanaşı, reklam lövhələrindən də geniş istifadə olunacaq.

Bundan əlavə, B. Consonun göstərişinə əsasən, "Brexit"lə bağlı hər bazar ertəsi nazirlərin görüşü keçiriləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların 51,9%-i Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. 2017-ci il fevralın 1-də isə Böyük Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR