Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib

Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib
# 25 sentyabr 2019 14:32 (UTC +04:00)

Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, dünən Böyük Britaniya Ali Məhkəməsinin verdiyi qərardan sonra parlament bu gün özünün fəaliyyətini bərpa edib.

Baş Nazir Boris Conson Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasından qayıdaraq, parlamentin bugünkü iclasında iştirak edəcək.

Qeyd edək ki, dünən Ali Məhkəmə B. Consonun parlamentin fəaliyyətinin oktyabrın 14-dək təxirə salınması qərarını qanunsuz elan edib. Məhkəmə hökmünə görə, parlamentin işi dayandırılmış sayılmır, deputatlar özləri üçün əlverişli olan vaxtda işlərini bərpa edə bilərlər.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya kraliçası II Yelizaveta Baş Nazir B. Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR