Razılıq əldə olunmasa, Conson "Brexit"in vaxtının uzadılması üçün Aİ-yə müraciət edəcək

Razılıq əldə olunmasa, Conson "Brexit"in vaxtının uzadılması üçün Aİ-yə müraciət edəcək
# 04 oktyabr 2019 16:18 (UTC +04:00)

Oktyabrın 19-dək “Brexit”lə bağlı Avropa İttifaqı (Aİ) ilə razılığa gəlinmədiyi təqdirdə, Böyük Britaniyanın Baş Naziri Boris Conson prosesin uzadılması üçün təşkilata müraciət məktubu göndərəcək.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Şotlandiya məhkəməsinə təqdim olunan hökumət sənədlərində bildirilib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri bir neçə gün öncə "Brexit"lə bağlı təkliflər planını Aİ-yə təqdim etsə də, sözügedən planın müddəaları Aİ-ni qane etməyib. B. Conson açıqlamalarında Aİ ilə saziş əldə olunsa da, olunmasa da Böyük Britaniyanın oktyabrın 31-dək təşkilatdan ayrılacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR