İngiltərə İranı Suriyaya neft daşıdığına görə qınayıb

İngiltərə İranı Suriyaya neft daşıdığına görə qınayıb
  • Clock-gray 19:44
  • calendar-gray 10 Sentyabr 2019

Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) İranı Suriyaya neft çatdırmasına görə qınayıb.

APA-nın London bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab verdiyi bəyanatda İranı “Adrian Darya 1” tankerindən istifadə edərək neftini Suriyaya çatdırmağına və təminatların pozulmasına görə qınayıb. Bəyanat, Suriyadakı limana yaxınlaşan “Adrian Darya 1” tankerinin peyk şəkillərinin ortaya çıxmasından sonra verilib.

“Əsədin qəddar rejiminə neft satışı İran hökumətinin regional təhlükəsizliyi pozmaq üçün yaratdığı davranış nümunəsinin bir hissəsidir. İran ilə aradakı soyuqluğun düzəldilməsinin tək yolu onların sözünə əməl etməsi və beynəlxalq sistemə söykənən qaydalara riayət etməsidir”, - deyə bəyanatda bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İran səfiri beynəlxalq normaların qəbuledilməz şəkildə pozulmasını izah etmək üçün çağırılıb və İngiltərə bu ayın sonunda BMT-də məsələ qaldıracaq.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date