Britaniya parlamentində "Brexit"in səsverməyə çıxarılmasına icazə verilməyib

Britaniya parlamentində "Brexit"in səsverməyə çıxarılmasına icazə verilməyib
# 22 oktyabr 2019 03:43 (UTC +04:00)

İngiltərə parlamentində İcmalar Palatasının rəhbəri Con Berkov ötən gün "Brexit"in səsverməyə çıxarılmasına icazə verməyib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, o, şənbə günü İcmalar Palatasının gündəmində olan Avropa İttifaqından çıxma razılaşmasının bazar ertəsi günü yenidən səsverməsinin mümkün olmayacağını söyləyib.

Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Conson keçən həftə Aİ liderləri ilə əldə etdiyi Brexit razılaşmasını şənbə günü təsdiq etmək üçün İcmalar Palatasına göndərmişdi. Sazişə səs vermək üçün toplaşan parlament Brexit müddətinin uzadılması üçün Baş nazirdən Aİ-yə məktub yazmasını tələb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR