Fransalı nazir: "Avropada təhlükəsizlik istəyiriksə, Rusiya ilə sıx əlaqələrimiz olmalıdır"

Fransalı nazir: "Avropada təhlükəsizlik istəyiriksə, Rusiya ilə sıx əlaqələrimiz olmalıdır"
# 09 sentyabr 2019 16:34 (UTC +04:00)

"Əgər Avropada təhlükəsizlik istəyiriksə, Rusiya ilə açıq və sıx əlaqələrimiz olmalıdır".

APA-nın xəbərinə görə, bu sözləri Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drian "2+2" formatında keçirilən Rusiyanın və Fransanın xarici işlər və müdafiə nazirlərinin iştirak etdiyi mətbuat konfransında deyib.

"Biz aramızdakı fərqləri unutmağı yox, ortaq və oxşar yanaşmamız olan məsələlərə diqqət ayırmağı təklif edirik. Bilirsiniz ki, vəziyyət çətindir. Qısa və ortamənzilli raketlərin ləğvi müqaviləsi artıq qüvvədə deyil və buna görə də, əgər Avropada təhlükəsizliyin təmin olunmasına əmin olmaq istəyiriksə, biz danışıqlara davam etməliyik. Bu səbəbdən də Fransa Prezidenti Emmanuel Makronun yeni planını Rusiyaya təqdim etmək üçün bu gün buradayıq. Bu etibar və təhlükəsizlik planıdır", - deyə fransalı nazir bildirib.

Jan-İv Lö Drian qeyd edib ki, onlar ikitərəfli dialoqu gücləndirmək, milli təhlükəsizlik, nüvə texnologiyası, iqlim dəyişikliyi və digər sahlərlə bağlı əməkdaşlıq etmək niyyətindədirlər.

Fransalı nazir Ukrayna münaqişəsində irəliləyişin olmayacağı təqdirdə, Rusiya ilə uzunmüddətli dialoqun mümkün olmayacağını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR