Gürcüstanda avtobus aşıb, 15 nəfər yaralanıb

Gürcüstanda avtobus aşıb, 15 nəfər yaralanıb
# 12 noyabr 2019 10:36 (UTC +04:00)

Gürcüstanda 15 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Acarıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR