Gürcüstanda tikintisinə icazə verilən obyektlərin ümumi sahəsi 18% artıb

Gürcüstanda tikintisinə icazə verilən obyektlərin ümumi sahəsi 18% artıb
# 30 iyul 2019 12:24 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda 4 991 yeni obyektin inşası üçün icazə verilib.

APA-nın yerli bürosunun Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə tikintisi üçün icazə verilən obyektlərin ümumi sahəsi 3 520,9 min kvadrat metr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur.

Hesabat dövrü ərzində verilən bütün icazələrin 71,6%-i üç regionun – Tbilisi (48,8%), azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli (11,7%) və Acariyanın (11,1%) payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR