Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı açıqlanıb

Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı açıqlanıb
# 12 noyabr 2019 11:51 (UTC +04:00)

Bu il ərzində Gürcüstanın dövlət strukturlarında qeydə alınan cinayətlərin sayı açıqlanıb.

APA-nın yerli bürosunun Gürcüstan Milli Statistika İdarəsinə (GEOSTAT) istinadən verdiyi xəbərə görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədə bu qəbildən olan 453 cinayətkarlıq faktı qeydə alınıb.

Dövlət strukturlarında törədilən cinayətlərin əsasən rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtalaşdırma kimi hallar üzrə qeydə alındığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR