Gürcüstan parlamentinin qarşısında qarşıdurma baş verib - VİDEO

Gürcüstan parlamentinin qarşısında qarşıdurma baş verib - VİDEO
# 08 sentyabr 2019 12:58 (UTC +04:00)

Gürcüstan parlamentinin binasının qarşısında aksiyaçılarla millət vəkili arasında qarşıdurma yaranıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qarşıdurma "Patriotlar Alyansı" partiyasından olan millət vəkili Emzar Kvitsiani parlamentə daxil olarkən baş verib.

Aksiyada iştirak edənlər "sən qulsan!" şüarları səsləndirib və polisi millət vəkilini həbs etməyə çağırıblar. Polis ərazidə vəziyyəti sakitləşdirməyə çalışır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin plenar iclası davam edir. İclasda gün ərzində hakim "Gürcü Arzusu" Partiyasının təqdim etdiyi hökumətin yenilənmiş tərkibinə etimad səsverməsi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR