Hulusi Akar: ““S-400”lərin ikinci batereyalarının sabahdan Türkiyəyə daşınmasına başlanacaq”

Hulusi Akar: ““S-400”lərin ikinci batereyalarının sabahdan Türkiyəyə daşınmasına başlanacaq”
# 26 avqust 2019 13:37 (UTC +04:00)

“Sabahdan etibarən “S-400” havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə “S-400” tədarükünün iyulun 12-də başlandığını xatırladıb.

H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə “B” və “C” planlarından istifadə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR