İngiltərədə yük maşınında meyiti tapılan 39 nəfərin vyetnamlı olduğu təsdiqlənib

İngiltərədə yük maşınında meyiti tapılan 39 nəfərin vyetnamlı olduğu təsdiqlənib
  • Clock-gray 18:50
  • calendar-gray 07 Noyabr 2019

İngiltərənin Esseks bölgəsində yük maşınında meyiti tapılan 39 miqrantın kimliyi ilə bağlı araşdırmalar yekunlaşıb.

APA-nın Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Esseks bölgəsinin polis departamenti məlumat yayıb.

 “Ölənlərin ailələrinə məlumatlar verilib. Esseks polisi Vyetnam polisi ilə birgə araşdırmanı davam etdirir”, - deyə polis departamentindən bildirilib.

İlkin olaraq ölən miqrantların Çin vətəndaşları olması ilə bağlı informasiyalar yayılsa da, tədqiqatlardan sonra onların Vyetnam vətəndaşları olduğu təsdiqlənib.

Qeyd edək ki, oktyabrın 23-də Esseks bölgəsində içərisində 39 miqrantın meyiti olduğu yük maşını aşkar edilib. Yük maşınının Böyük Britaniyaya Bolqarıstandan keçdiyi deyilsə də, daha sonra onun Belçikadan gəldiyi müəyyənləşib.

Hadisə ilə bağlı yük maşınının sürücüsü 25 yaşlı Şimali İrlandiya vətəndaşı da daxil olmaqla, 5 nəfər saxlanılıb. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date